0
Friday 6 April 2012 - 15:34

ABŞ hərbçisi Obamanı tənqid etdiyi üçün ordudan qovuldu

Story Code : 150858
ABŞ hərbçisi Obamanı tənqid etdiyi üçün ordudan qovuldu
ABŞ hərbçisi Obamanı tənqid etdiyi üçün ordudan qovuldu
"IslamTimes" "FoxNews" telekanalına istinadən xəbər verir ki, Amerika Ordusunun İcraçı Şurası günün ilk saatlarında bildirib ki, dəniz qüvvələrində qulluq edən Qəri Stein Facebook profilində Barak Obamanı tənqid edib. Şura hərbçinin tənqidini nalayiq hərəkət adlandıraraq ordudan çıxarılmalı olduğunu açıqlayıb.

Amerika Hərbi Şurası "Camp Pendleton"da bir günlük iclas üçün toplanaraq Obamanı tənqid etmiş hərbçini ordudan qovmaq qərarını qəbul edib.

Xəbərlərdə bildirilir ki, adı çəkilən şura Steini bir sıra müavinətlərdən də məhrum etməyi təklif edib.

Steinin vəkilləri onun orduya 9 il xidmət etdiyini və 4 aydan sonra öz xidmətini başa vurmalı olduğunu bildiriblər.

Steinin vəkillərindən olan Ceymz Baer isə deyib: "Biz həqiqətən də bu qərardan olduqca təəccübləndik. Amma mən Stein kimi söz azadlığı ayaq altına alınmış qəhramanları müdafiə etdiyim üçün fəxr edirəm.
Comment