0
Saturday 7 April 2012 - 00:10

İslam alimləri sülh mövzusunda qlobal konfrans keçirəcəklər

Story Code : 150962
İslam alimləri sülh mövzusunda qlobal konfrans keçirəcəklər
İslam alimləri sülh mövzusunda qlobal konfrans keçirəcəklər
Islam times.org/az/ - Müxtəlif ölkələrdən olan bir çox İslam alimləri aprelin 12-dən 14-dək Dubayda “Dubay Beynəlxalq Sülh Qurultayı” təşkil edərək sülh və İslam mövzusunda çıxışlar edəcəklər.

Qurultayda bir çox liderlərin, hökumət işçilərinin və müxtəlif ölkələrdən dəvət olunmuş alim və ziyalıların iştirakı gözlənilir. Qurultayda əsasən İslam haqqında olan mifləri aradan qaldırmaq nəzərdə tutulur.

Qurultay haqda bilgi vermək üçün cümə günü “Sülh Yürüşü” keçirilməsi nəzərdə tutulur.

Dubay Beynəlxalq Sülh Qurultayının sədri İbrahim bildirmişdir: “Sülh İslamın ayrılmaz bir hissəsidir və qurultayda şəxsi və qlobal sülhün əldə olunması haqda mühazirələr oxunacaq. Bugünkü dünyada biz sülh mesajını bütün dünyaya yaymaq istəyirik. 2010-cu ildə baş tutan axırıncı qurultaya 150 mindən artıq insan qatılmışdır və bu il biz bu sayın xeyli artacağını gözləyirik.”

3 gün davam edəcək qurultay Əl Mənar Quran Tədqiqat Mərkəzi tərəfindən təşkil edilib və konfransda ABŞ-dan olan İslam alimi Yusuf Estes, İngiltərədən Rahim Green, Hindistandan Doktor Zakir Naik və Malayziyadan Huseyn Yee-nin çıxışları olacaq.

Alimlər Quranda sülh haqda müzakirələr aparacaqlar. Bu İslam təlimlərini öyrənmək üçün müxtəlif mədəniyyət və dindən olan insanlar üçün bir fürsət olacaq.

Bundan başqa qurultayda həmçinin İslam və Quran möcüzələrinin tematik sərgisi də keçiriləcək.
Sülh yürüşü cümə günü 16:00-da Muruc Rotana hotelindən başlayıb Dünya Ticarət Mərkəzində başa çatacaq.
Source : Islamtimes
Comment