0
Saturday 7 April 2012 - 06:52

Türkiyə XİN İsrailə xəbərdarlıq edib

Story Code : 151013
Türkiyə XİN İsrailə xəbərdarlıq edib
Türkiyə XİN İsrailə xəbərdarlıq edib
Türkiyə XİN-in yaydığı bəyanatda İsrail hökumətinin işğal altındakı Fələstin torpaqlarında həyata keçirdiyi məskunlaşma fəaliyyətini genişləndirərək Şərqi Qüdsdəki Har Homa yaşayış məntəqəsində 800-dən çox yeni evin inşa olunması üçün tender elan etməsi qətiyyətlə pislənilir.

Bəyanatda bildirilir ki, İsrailin təkidlə və dünya ictimaiyyətin reaksiyalarına əhəmiyyət verməyərək davam etdirdiyi məskunlaşma siyasəti beynəlxalq hüququ kobud şəkildə pozur, sülh prosesində irəliləmə əldə edilməsinə maneə törədir və problemin həlli perspektivlərinə ciddi zərbə endirir: "İsraili Yaxın Şərqdə sülhün bərqərar edilməsi mövzusunda beynəlxalq hüquqların tələb etdiyi öhdəlikləri yerinə yetirməyə və sülhə zərər verən bütün fəaliyyətinə dərhal son qoymağa dəvət edirik".
Comment