0
Saturday 7 April 2012 - 09:19

Haqq Yolu 8 aprel mitinqini dəstəkləyir (bəyanat)

Story Code : 151031
HaqqYolu - Bəyanat
HaqqYolu - Bəyanat
Rəhman və Rəhim Allahın adı ilə
Allah-Taala Qurani-Kərimdə buyurur: “Hər hansı bir qövm öz həyatını dəyişməsə, Allah da onun həyatını dəyişməz.” (Rəd surəsi, ayə 11)
İctimai Palatının hakimiyyətə müraciəti əsasında son yeddi ildə ilk razılaşdırılmış aksiya keçiriləcək. 2005-ci il seçkilərində rüsvayçı saxtakarlıqlardan sonra ölkədə siyasi azadlıqlarla yanaşı etiqad azadlıqları da hədəfə alındı. Azərbaycan cəmiyyətinin bütün zümrələri varlı bir məmləkətə sahib ikən qul həyatına məhkum edildi. Son yeddi ildə zülm ərşə dirənib. Ölkə iqtisadiyyatı bir ovuc işbazın nəzarəti altındadır. Dağlıq Qarabağın azad edilməsi gündəmdən çıxdı, konstitusiyaya arxa çevirildi, qanunlar hakimiyyətin mənafelərinə uyğun biçildi.
Xalq hakimiyyətin avtoritar idarə sistemindən zara gəlib. Nəhayət aprelin 8-də Bakıda dinc mitinq üçün razılıq əldə olunub. Bu fürsət əldən buraxılmamalıdır.
Son iki ildə dindarlara qarşı misli görünməmiş repressiyalar, şərləmə kampaniyaları bir daha təsdiqlədi ki, bu hakimiyyət üçün müqəddəs heç nə yoxdur. Məscidlər dağıdıldı, hicab yasaqlandı, fəal dindarlar çirkin böhtanlarla həbsxanaya atıldı.
Hakimiyyət cəmiyyətin tələblərini qulaqardına vurur, şikayətlərə baxılmır, ölkənin sərvətləri kübar zümrə tərəfindən eyş-işrətə xərclənir. Belə bir vəziyyətdə xalq da öz iradəsini ortaya qoymalıdır.
Haqq Yolu Elm və Mədəniyyət İnstitutu 8 aprel aksiyasını dəstəkləyir və bütün Azərbaycan xalqını bu aksiyalara qatılmağa çağırır. Bəli, xalq bu günkü rəzil həyatdan özü yaxa qurtarmalıdır, ona insan həyatını kimsə hədiyyə etməyəcək!

Haqq Yolu EMİ, mətbuat xidməti
Comment