0
Saturday 7 April 2012 - 11:25

"Müzakirələrin Bağdadda keçirilməsi təklifi düşünülmüş addımdır"

Story Code : 151075
Türkiyə - İran
Türkiyə - İran
"IslamTimes"-ın verdiyi xəbərə əsasən, İİR-nın Ali Milli Təhlükəsizlik Şurası bildirib: Türkiyə xarici işlər naziri və İran İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının sədri Səid Cəlili arasında telefon bağlantısı baş tutub. Danışıq zamanı tərəflər arasında son hadisələr müzakirə edilib.

Əhməd Davudoğlu danışıq zamanı İran-Türkiyə münasibətlərini dostluq, qardaşlıq münasibətləri adlandırıb. Davudoğlu İranla 5+1 arasında danışıqların yeni mərhələsinin keçirilməsinə Türkiyənin hazır olduğunu bildirib. Türkiyə xarici işlər naziri İranın danışıqların Bağdadda keçirilməsi təklifini düşünülmüş addım adlandırıb.

Bu telefon bağlantısının ardınca Türkiyənin İrandakı səfiri İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini ilə görüşüb. Görüş zamanı Türkiyə səfiri Qərb mətbuatında dərc olunmuş Türkiyə rəsmilərinin fikirlərinə açıqlama verib.

Ümid Yardım deyib: "Türkiyə prezidenti və baş nazirinin İran İslam Respublikası, Böyük Rəhbərlik məqamı və İran prezidentinə xüsusi hörməti var və İranın ideal siyasətlərini dəstəkləyir."
Comment