QR CodeQR Code

İsrailin Misirdəki konsulu işçi heyəti ilə birlikdə bu ölkəni tərk etdi

7 Apr 2012 11:40

IslamTimes - Misir xalqının ciddi narazılıqları ilə üzləşən İsrail rejimi bu ölkədən əlini üzmək qərarına gələ bilər.


"IslamTimes" "Al-Fajr" xəbər agentliyinə istinadən xəbər verir ki, Qahirə Beynəlxalq Hava Limanı səlahiyyətliləri İsrailin bu ölkədəki konsulu Devid Ayalonun işçi heyəti ilə birlikdə Tel-Əvivə yollandığını xəbər verib.

Konsulluq işçilərinin Tel-Əvivə dönməsindən sonra Qahirədəki səfirlikdə də heç bir səlahiyyətli qalmayıb.

Xatırladaq ki, uyğun hadisədən öncə işğalçı rejimin Qahirədəki səfirlik işçiləri də tətil günlərindən sonra Misirə dönməmək qərarına gəlmişdi.


Story Code: 151080

News Link :
https://www.islamtimes.org/az/news/151080/israilin-misirdəki-konsulu-işçi-heyəti-ilə-birlikdə-bu-ölkəni-tərk-etdi

Islam Times
  https://www.islamtimes.org