0
Sunday 8 April 2012 - 00:01

CIA ABŞ Universitetlərində təhsil alan Livanlı tələbələri işə cəlb edir

Story Code : 151281
CIA ABŞ Universitetlərində təhsil alan Livanlı tələbələri işə cəlb edir
CIA ABŞ Universitetlərində təhsil alan Livanlı tələbələri işə cəlb edir
Islam times.org/az/ - Əl-Əxbarın cümə günü verdiyi məlumatda bildirilir ki, 2008-ci ildən bəri Livanlı tələbələr CİA tərəfindən təlimatlandırılırlar.

Livanda günlük dərc edilən qəzetdə bildirilir ki, Amerika Livan Universitetləri klubu artıq bir neçə ildir ki, ABŞ-da işlə təmin etmək adı altında müxtəlif kənd və şəhərlərdən Livanlı tələbələri yığaraq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində işə cəlb edirlər.

Qəzetin verdiyi digər məlumata görə Amerika vətəndaşlığını qəbul edən və Amerikada oxuyan tələbələr qeyri hökumtə təşkilatı olan “Livan Universitet Şəbəkəsi” təşkilatı adı altında birləşiblər
Bu şəbəkə Livanlı tələbələrdən ibarət qrupları yığaraq Mərkəzi Kəşfiyyat İdarəsinə yönləndirir və CİA bugünə qədər artıq 20 Livanlı tələbələr klubunu işə cəlb etməyə müvəffəq olub.

Şəbəkə məqsədlərinin yalnız ABŞ-da oxuyan tələbələri işlə təmin etmək olduğunu bildirsədə, həqiqətdə onlar tələbələri könüllü şəkildə kəşfiyyat idarəsində işləməyə həvəsləndirirlər.

Qəzet həmçinin bildirib ki, təşkilatdakı rəsmilər Mərkəzi Kəşfiyyat İdarəsinin Livan da daxil olmaqla bütün dünyada sui qəsd və terror həyata keçirdikləri faktları gizlədərk idarəni sadəcə insan hüquqlarını müdafiə edən qurum kimi təqdim edirlər.
Source : Islamtimes
Comment