0
Sunday 8 April 2012 - 15:24

Səddamın müavini 9 ildən sonra peyda olub

Story Code : 151481
Səddamın müavini 9 ildən sonra peyda olub
Səddamın müavini 9 ildən sonra peyda olub
"IslamTimes" xəbər verir ki, İraqın sabiq diktator prezidenti Səddam Hüseynin müavini olmuş və hazırda BƏƏS partiyasının rəhbəri kimi tanınan İzzət İbrahim əd-Duri 9 ildən sonra peyda olub. İbrahim əd-Duri yayımlanan videogörüntüdə bəzi ərəb başçılarının yalan iddialarını təkrarlayıb. O deyib: "İraqın hazırkı siyasiləri İran tərəfindən idarə olunur."

Xatırladaq ki, dəfələrlə İzzət İbrahim əd-Durinin ölüm, ya ağır xəstə olduğu xəbəri yayılıb. Amma videogörüntüdə o öncəkindən daha yaşlı görünsə də gümrahdır və heç bir xəstəlik əlaməti müşahidə edilmir. Həmçinin onun arxasında cangündəni olan 3 yüksək rütbəli hərbiçi də müşahidə edilir.

Səddamın sabiq müavini sözlərinin davamında Səudiyyə Ərəbistanı padşahı Məlik Abdullahı tərif edərək onu İslam ümmətinin rəhbəri kimi təqdim edir.

İraq hökuməti dəfələrlə Səudiyyə rejimini BƏƏS partiyasına maddi və mənəvi dəstək olmaqda günahlandırıb.

İzzət İbrahim əd-Duri Suriyada müxalifət adı ilə mübarizə aparanları da dəstəklədiyini bildirib.
Comment