0
Sunday 8 April 2012 - 22:35

İsrail Suriya ilə bağlı yanıldığını bildirib

Story Code : 151530
İsrail Suriya ilə bağlı yanıldığını bildirib
İsrail Suriya ilə bağlı yanıldığını bildirib
Sionist rejim başçısı Şimon Peres bildirmişdi ki, Bəşar Əsədin süqutu Hizbullaha öldürücü zərbə olacaq. General Yair Qolan bildirib ki, onlar öz hesabatlarında yanılıblar və Bəşar Əsəd yaxın zamanda hakimiyyətdən getməyəcək. Bütün bunlar sionist rejimin Qərb-Ərəb koalisiyası ilə pərdəarxası razılaşmalarını göstərir.

General Qolan “İsrail bu gün” qəzetinə müsahibədə bildirib ki, onlar Bəşar Əsəd hakimiyyətinin 2012-ci ilədək ömür sürəcəyini düşünürdülər. Amma yanılıblar. Bu gün İsrail televiziyasında çalışan Yoav Limor qeyd edib ki, İsrail kökuməti şimaldakı sabitliyin aldadıcı olduğunu dərk etmir. Onun nəzərincə Suriyadan Hizbullaha ötürülən taktiki silahlar bu məntəqədə sabitliyə olan ümidləri qırır. Genaral Qolan müsahibədə qeyd edib ki, Əsəd tezliklə süqut etməyəcək və hadisələr uzanacaq. Ötən oktyabrda Suriyanın süqutunu 1 ilə planlaşdıranlar yanıldıqlarını etiraf ediblər.

Sionist rejimi şimal cəbhəsinin komandanı deyib: “Əsəd 2013-cü ildə süqut edə bilər. Amma vəziyyətə nəzarət onun üçün çətin olacaq. Yaranmış böhran onun atasının dövründəkindən daha ağırdır.”

General əlavə edib ki, Əsədin ətrafındakı hərbi komandanlar sadiq olsalar da onların yaşı keçir. Onların eyni tempdə fəaliyyəti şübhə doğurur.
Comment