QR CodeQR Code

Aksiya gec başlasa da...

9 Apr 2012 07:11

IslamTimes - "Hakimiyyət, İlham Əliyev Azərbaycan müxalifətini, onun prinsipial kəsimini məhv etmək, azad sözü susdurmaq siyasəti aparırdı. Azərbaycan jurnalistləri susdurulur, öldürülürdü. Televiziyalara, efirlərə qadağa qoyulurdu..."


İP-in Koordinasiya Şurasının üzvü və mitinqin aparıcısı İbrahim İbrahimli mitinqi açıq elan edib.

Öncə Azərbaycanın dövlət himni səsləndirilib.

İ.İbrahimli mitinq iştirakçılarına xitab edərək bildirib ki, nəhayət zaman-zaman dolan-boşalan meydanlara yenidən qayıdırıq. O, dünyanın diqqətinin bu gün Azərbaycanda olduğunu vurğulayıb.
AXCP sədri Əli Kərimli isə çıxışında bildirib ki, yeddi ilə yaxın ayrılıqdan sonra ölkənin qeyrətli, cəsarətli, ölkəni azad görmək istəyən vətəndaşları yenidən meydanlara qayıdıblar: “Biz öz istəyimizlə meydanlardan kənar düşməmişdik. Hakimiyyət, İlham Əliyev Azərbaycan müxalifətini, onun prinsipial kəsimini məhv etmək, azad sözü susdurmaq siyasəti aparırdı. Azərbaycan jurnalistləri susdurulur, öldürülürdü. Televiziyalara, efirlərə qadağa qoyulurdu, ona görə ki, ölkədə alternativsizlik şəraiti yaratsınlar. İstəyirdilər ki, sülalə hakimiyyətinin korrupsiya siyasətindən açıq danışmaq istəyənlər olmasın, cib müxalifəti yaratsınlar. Amma buradan bəyan edirəm ki, alınmadı İlham Əliyev, alınmadı bu siyasət! Millətimiz haqqı nahaqdan seçəbiləndir. Onun mübarizə aparan insanları, azadlığa, ədalətə can atan, gücünü xalqdan alan siyasi qüvvəsi var. Gücünü xalqdan alan siyasi qüvvə məğlubedilməzdir!”.


Story Code: 151645

News Link :
https://www.islamtimes.org/az/news/151645/aksiya-gec-başlasa-da

Islam Times
  https://www.islamtimes.org