QR CodeQR Code

Hakimiyyət nəqliyyat problemi yaradaraq özünü gülünc vəziyyətə qoydu

9 Apr 2012 07:19

IslamTimes - Əliyev rejimi etiraz aksiyasını Bakının mərkəzindən uzaqlaşdırmaqla razı qalmayıb, aksiya keçirilən məntəqəyə nəqliyyat vasitəsinin gediş-gəlişini iflic edib.


İctimai Palatının bugünkü mitinqinin qələbəlik alınacağında qorxuya düşən hakimiyyət çıxış yolunu mitinq yerinə - Bibiheybət qəsəbəsində yerləşən sürücülük məktəbinin yaxınlığa gedən marşrut avtobuslarını xəttdən çıxarmaqda görüb.

Bu barədə musavat.com bilgi verən insanlar deyirlər ki, bənzər hadisə "Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında daha şiddətli olub. Burada yüzlərlə insan dayanacaqlarda qalıb. Onların içində aksiyaya gedənlər də olub. Getməyənlər də.

Əmədaşlarımızın verdiyi xəbərə görə, "Sahil" metrostansiyasının yanında isə Bibiheybətə gedən marşrut avtobuslarının qarşısı kəsilib və insanları zorla yerə düşürüblər ki, bura axırıncı dayanacaqdır, avtobuslar buradan o yana getməyəcək.

Mitinqin aparıcısı İbrahim İbrahimli hakimiyyətin süni şəkildə yaratdığı nəqliyyat probleminə görə minlərlə aksiya iştirakçısının mitinq keçirilən meydana vaxtında gəlib çıxa bilmədiyini elan edib.


Story Code: 151647

News Link :
https://www.islamtimes.org/az/news/151647/hakimiyyət-nəqliyyat-problemi-yaradaraq-özünü-gülünc-vəziyyətə-qoydu

Islam Times
  https://www.islamtimes.org