QR CodeQR Code

Yunanıstanda nazirlik binası yandırılıb

9 Apr 2012 20:13

IslamTimes - Bu gecə Yunanıstanın İnzibati İslahatlar Nazirliyinin binasında yanğın baş verib.


APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, hadisəyə səbəb nazirlik binasına yandırıcı maddə ilə dolu şüşənin atılması olub.

Yanğın nəticəsində binanın birinci mərtəbəsi tamamilə yanıb, eləcə də yaxınlıqda dayanmış maşınlar zərər görüb. Yerli polis yanğında hökumət əleyhdarı olan nümayişçilərdən şübhələnir.

Qeyd edək ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Yunanıstan hökuməti beynəlxalq maliyyə təşkilatlarından kredit cəlb etmək üçün sərt qənaət tədbirlərinə əl atmalı olub. Bu isə ölkədə etiraz dalğasına səbəb olub.


Story Code: 151859

News Link :
https://www.islamtimes.org/az/news/151859/yunanıstanda-nazirlik-binası-yandırılıb

Islam Times
  https://www.islamtimes.org