0
Monday 9 April 2012 - 20:59

Da Vinçi müsəlman idi?

Story Code : 151866
Da Vinçi müsəlman idi?
Da Vinçi müsəlman idi?
Islam times.org/az/ - “Leanardo Da Vinçinin əsərləri” adlı kitabın müəllifi Da Vinçinin müsəlmanlığı qəbul etdiyini sübut edib: “Kitab ətraflı şəkildə Davinçinin həyatınıdan danışır və ilk dəfə bu kitabda tutarlı dəlillər əsasında Da Vinçinin İslamı qəbul etdiyi bildirilir.”

Murtaza Xələj Əmirhuseyninin “Leonardo Da Vinçinin əsərləri” adlı kitabı rəssamın ən yaxşı əsərlərini və həyatını əks etdirir. Kitab tutarlı dəlillər gətirərək Da Vinçinin İslamı qəbul etdiyini sübut edir.

Əmirhuseyni bildirib: “Mən bu kitabı tələbələrin ehtiyacını ödəmək üçün tərtib etmişəm, çünki İranda Da Vinçinin əsərləri haqda müfəssəl bir kitab yoxdur. Biz hər bir rəssamı onun əsərlərindən tanımalıyıq, ancaq təəssüflər olsun ki, İranda Da Vinçini sadəcə mifoloji ikonalar müəllifi kimi tanıyırlar.”

Əmirhuseyni sözünə davam edərək bildirib ki, kitab təfsilatlı şəkildə Da Vinçinin həyatını əhatə edir və original mənbələrə əsaslanaraq intibah dövrünün rəssamını İslamı qəbul etdiyini sübut edir.

O deyib: “XIX əsrdə yaşamış Fransız yazıçısı Da Vinçinin İslamı qəbul etməsi haqda traktat yazmış, ancaq Qərb bu traktatın nəşrinin qarşısını almışdır.”

“Leanardo Da Vinçinin əsərləri” adlı kitab Murtaza Xələj Əmirhuseyni tərəfindən hazırlanmış və 172 səhifəlik kitab halında Ketabe Aban tərəfindən nəşr edilmişdir.
Source : Islamtimes
Comment