QR CodeQR Code

Kuveyt Şiə məscidlərinin monitorinqinə başlayacaq

Islamtimes , 9 Apr 2012 23:20

İslamtimes - Nazirlik sözçüsü Əl Fəlah deyib: “Sünni məscidlərinə aid olan qanunları tezliklə şiə məscidlərinə də tətbiq edəcəyik.”


islamtimes.org/az/ - Kuveytin İslam işləri üzrə nazirliyi Şiə məscidlərində monitorinq aparacaq. Halbuki, nazirliyin Şiə məscidlərində yoxlama aparmaq kimi nə bir öhdəliyi, nə də ki, buna icazə verən qanun var.

Nazir müavini Doktor Adil Əl Fəlah Quran müsabiqəsinin qaliblərini mükafatlandırma mərasimində jurnalistlərə verdiyi açıqlamada bildirib ki, artıq uzun müddətdir ki, nazirlik Şiə məscidlərinə nəzarət haqda müzakirələr aparır.


O iddia edərək deyib ki, bu qərar Şiə cəmiyyət üzvləri ilə məsləhətləşmələrdə qəbul edilib.

Nazirlik bildirib ki, Sünni məscidlərində olduğu kimi şiə məscidlərinin də xərclərini ödəmək istəyirlər.

O əlavə edib: “Biz öz mülayim təbiəti və kompromizə getmək bacarığı ilə seçilən şiə Kuveyt camaatı ilə bu layihəni tamamlamaq istəyirik.”

Nazirlik sözçüsü Əl Fəlah deyib: “Sünni məscidlərinə aid olan qanunları tezliklə şiə məscidlərinə də tətbiq edəcəyik.”


Story Code: 151892

News Link :
https://www.islamtimes.org/az/news/151892/kuveyt-şiə-məscidlərinin-monitorinqinə-başlayacaq

Islam Times
  https://www.islamtimes.org