QR CodeQR Code

227 üsyançı təslim oldu

10 Apr 2012 03:18

IslamTimes - 227 üsyançı Suriyanın Ədəlib şəhərində silahlarını yerə qoyaraq, özünü orduya təslim edib.


"IslamTimes"-ın verdiyi xəbərə əsasən, 227 üsyançı Ədəlib şəhərində özünü orduya təslim edib. Onlar silahlarını təhvil verdikdən sonra bir daha dövlət qüvvələri əleyhinə vuruşmayacaqlarına söz veriblər. Dövlət isə bu şəxsləri azad edib.

Suriyada qarışıqlıqlar başlayan gündən dövlət "əli xalqın qanına bulaşmayan" yüzlərlə üsyançını zindandan azad edib.

Suriya prezidenti qarışıqlıqlara son qoyulması məqsədi ilə 2011-ci ildə dəfələrlə həbsdə olan üsyançıları əfv etmişdi. Amma bu hadisələrdən çox keçməmiş ABŞ XİN sözçüsü suriyalı üsyançılara sülh sazişinə əhəmiyyət verməyərək silahları yerə qoymamağı tövsiyə verib.


Story Code: 151962

News Link :
https://www.islamtimes.org/az/news/151962/227-üsyançı-təslim-oldu

Islam Times
  https://www.islamtimes.org