QR CodeQR Code

Sionistlər Ömər Süleymanın namizədliyini dəstəkləyib

10 Apr 2012 04:09

IslamTimes - Benyamin Ben-Eliezer iddia edib ki, Ömər Süleyman prezident kimi Misirə daha böyük xidmətlər göstərə bilər.


"IslamTimes" "Associated Press"-ə istinadən xəbər verir ki, İsrailin sabiq hərb naziri Benyamin Ben-Eliezer Ömər Süleymanın prezidentliyə namizədliyinin irəli sürülməsini dəstəkləyib. Ömər Süleyman Misirin eks kəşfiyyat rəhbəri olub və diktator Hüsnü Mübarəkin yaxın dostudur.

Benyamin Ben-Eliezer ötən gün "İsrail ordusu" radiosuna müsahibəsində təkidlə vurğulayıb ki, Ömər Süleyman prezident kimi Misirə daha böyük xidmətlər göstərə bilər.

Parlament üzvü olan bu şəxs deyib: "Əgər "Müsəlman qardaşları" seçkilərdə qələbə qazansa "1979-cu il sülh müqaviləsi" ləğv ediləcək.

Ben-Eliezer iddia edib ki, İsraillə rabitələrin genişləndirilməsi Ömər Süleymanın diqqət ayırdığı məsələlər sırasına daxildir.


Story Code: 151963

News Link :
https://www.islamtimes.org/az/news/151963/sionistlər-ömər-süleymanın-namizədliyini-dəstəkləyib

Islam Times
  https://www.islamtimes.org