QR CodeQR Code

"İranın gücü inkarolunmazdır"

11 Apr 2012 06:29

IslamTimes - İrana ehtimal olunan hücum təkcə məntəqə üçün deyil, bütün dünya üçün faciəli sonluqla nəticələnəcək.


"IslamTimes" "FarsNews"-a istinadən xəbər verir ki, Misir xarici işlər naziri Məhəmməd Kamil Əmr "Əl-Ehram" qəzeti ilə müsahibədə deyib: "İran məntəqədə söz sahibi olan son dərəcə güclü bir dövlətdir. Həqiqətən də bu dövlətin gücünə məhəl qoymamaq olmaz."

Misir xarici işlər naziri gələcəkdə Qahirə-Tehran rabitələri barədə suala belə cavab verib: "Bir qədər öncə dediyim kimi İran məntəqədə söz sahibi olan bir dövlətdir, onunla rabitələrin genişləndirilməsinə laqeyd qalmaq olmaz. Bu yöndə Tehranla bir sıra müzakirələr aparılır."

İrana İsrail ya ABŞ-ın ehtimal olunan hücumu haqda isə Məhəmməd Kamil deyib: "Belə bir hücum təkcə məntəqə üçün deyil, bütün dünya üçün faciəli sonluqla nəticələnəcək. Bu hücum ardınca bir çox ölkələrdə mühüm əhəmiyyət kəsb edən neftin qiyməti də sürətlə artacaq."


Story Code: 152273

News Link :
https://www.islamtimes.org/az/news/152273/iranın-gücü-inkarolunmazdır

Islam Times
  https://www.islamtimes.org