QR CodeQR Code

İran Neft Naziri:

Tehranın neft satmaqda heç bir problemi yoxdur, əlvida sanksiyalar

Islamtimes , 11 Apr 2012 21:38

İslamtimes - “Sanksiya və təhdidlərə baxmayaraq neft istehsalı da daxil olmaqla neft sənayesində heç bir problem yoxdur, odur ki, biz bugün sanksiyalara əlvida deyə bilərik.”


İran Neft Naziri İslam Respublikasının neft satmaqda heç bir problem olmadığını deyərək, sanksiyaların heç bir işə yaramadığını bildirib.

Neft naziri Rustəm Qasimi jurnalistlərə açıqlamasında bildirib: “Sanksiya və təhdidlərə baxmayaraq neft istehsalı da daxil olmaqla neft sənayesində heç bir problem yoxdur, odur ki, biz bugün sanksiyalara əlvida deyə bilərik.”

Nazir əlavə edib: “Xoşbəxtlikdən İran sənayeçiləri göstərdi ki, xarici ölkələr olmadan da onlar xeyli iş görməyə qadirdilər.”

O İranın neft-kimya sənayesinin üstünlüklərindən danışaraq deyib: “İran əvvəlki vaxtlara nisbətən özünün geniş qaz ehtiyatları sayəsində neft-kimya sənayesində daha çox uğurlar qazanıb.”

Tehran Madridə neft ixracını dayandırır.
Ərəb dilli Əl Aləm telekanalının veb səhifəsində İranın İspaniyaya neft ixracını dayandırdığını bildirib.

Fevral ayında İran həmçinin İngiltərə və Fransaya da neft ixracını dayandıracağını bildirib.


Story Code: 152496

News Link :
https://www.islamtimes.org/az/news/152496/tehranın-neft-satmaqda-heç-bir-problemi-yoxdur-əlvida-sanksiyalar

Islam Times
  https://www.islamtimes.org