0
Thursday 12 April 2012 - 07:01

Annan Suriya ilə bağlı önəmli açıqlamlar verib

Story Code : 152553
Annan Suriya ilə bağlı önəmli açıqlamlar verib
Annan Suriya ilə bağlı önəmli açıqlamlar verib
İranda səfərdə olan Kofi Annan bildirib ki, Suriyada sabah saat 06.00-dan etibarən daha yaxşı bir vəziyyətə şahid olmağı ümid edirəm Hər iki tərəfin atəşkəsə əməl etməsini istəyirəm.

Kofi Annan, Tehrandakı təmasları daxilində İran xarici işlər naziri Əli Əkbər Salehi ilə Suriya mövzusunu müzakirə edib.

Annan və Salehi təşkil etdikləri birgə mətbuat konfransında, Suriyadakı vəziyyətlə bağlı bəzi önəmli açıqlamalar veriblər.

Əli Əkbər Salehi ilə görüşü müsbət dəyərləndirən və problemin sülh yolu ilə həll edilməsi mövzusunda eyni fikirdə olduqlarını bildirən Annan qeyd edib ki, İranı Suriyadakı problemin həllinin bir parçası olaraq görmək istəyirik. Suriyada sabah saat 06.00-dan etibarən daha yaxşı bir vəziyyətə şahid olmağı ümid edirəm. Suriyadakı qarşıdurmalar tez bir zamanda qurtarmalıdır. /FaktXeber/
Comment