QR CodeQR Code

Annan Suriya ilə bağlı önəmli açıqlamlar verib

12 Apr 2012 07:01

IslamTimes - Əli Əkbər Salehi ilə görüşü müsbət dəyərləndirən və problemin sülh yolu ilə həll edilməsi mövzusunda eyni fikirdə olduqlarını bildirən Annan qeyd edib ki, İranı Suriyadakı problemin həllinin bir parçası olaraq görmək istəyirik.


İranda səfərdə olan Kofi Annan bildirib ki, Suriyada sabah saat 06.00-dan etibarən daha yaxşı bir vəziyyətə şahid olmağı ümid edirəm Hər iki tərəfin atəşkəsə əməl etməsini istəyirəm.

Kofi Annan, Tehrandakı təmasları daxilində İran xarici işlər naziri Əli Əkbər Salehi ilə Suriya mövzusunu müzakirə edib.

Annan və Salehi təşkil etdikləri birgə mətbuat konfransında, Suriyadakı vəziyyətlə bağlı bəzi önəmli açıqlamalar veriblər.

Əli Əkbər Salehi ilə görüşü müsbət dəyərləndirən və problemin sülh yolu ilə həll edilməsi mövzusunda eyni fikirdə olduqlarını bildirən Annan qeyd edib ki, İranı Suriyadakı problemin həllinin bir parçası olaraq görmək istəyirik. Suriyada sabah saat 06.00-dan etibarən daha yaxşı bir vəziyyətə şahid olmağı ümid edirəm. Suriyadakı qarşıdurmalar tez bir zamanda qurtarmalıdır. /FaktXeber/


Story Code: 152553

News Link :
https://www.islamtimes.org/az/news/152553/annan-suriya-ilə-bağlı-önəmli-açıqlamlar-verib

Islam Times
  https://www.islamtimes.org