0
Thursday 12 April 2012 - 10:33

İran neftinə qarşı sanksiya Avropa üçün "ölüm" deməkdir

Story Code : 152608
Nikolay Tukarov
Nikolay Tukarov
"IslamTimes"-ın verdiyi xəbərə əsasən, Rusiyanın "Trans neft" şirkətinin rəisi Nikolay Tukarov deyib: "Avropa İran neftinə tətbiq olunan sanksiyalar səbəbindən yarancaq neft qıtlığını bərpa edə bilməyəcək.

İran Avropaya ildə 30 milyon ton neft ixrac edir. Bu həcmi digər ölkənin nefti ilə əvəz etmək demək olar ki qeyri-mümkündür.

Bazarlarda neft ixracının həcmi müəyyən edilib. İndi Avropaya əlavə neft vermək üçün neft hasilatının həcmi artırılmalıdır. Amma 30 milyon ton nefti hasilatın artırılması ilə əvəz etmək qeyri-mümkündür.

Avropa İran neftindən imtina etməyə dəstək verdiyini açıqladığı gündən İran özü bir neçə Avropa ölkəsinə neft idxalını dayandırıb. Avropanın İslam Respublikasına qarşı sanksiyaya qoşulması onlar üçün "ölüm" deməkdir.
Comment