QR CodeQR Code

Sarkozi yenə gülüş hədəfi oldu

14 Apr 2012 15:28

IslamTimes - Fransa prezidenti Nikola Sarkozinin dünən Normandiyadakı seçki kampaniyasında 5 min tərəfdarının qarşısındakı çıxışı onu yenə gülüş hədəfinə çevirib


Nikola Sarkozi çıxışı zamanı keçən il Yaponiyada baş verən dəhşətli zəlzələ və sunamidən sonra Fukişimaya baş çəkdiyini deyib. Sarkozi həqiqətən də fəlakətdən sonra Yaponiyaya gedən ilk qərb lideri olsa da, mənbələr onun Tokiyodan başqa heç bir yerə səfər etmədiyini göstərir.

Sarkozinin rəqiblərinin onun bu sözlərinə reaksiyası gecikməyib, onlar Fransanın prezidenti olmaq istəyən bir şəxsin belə hərəkət etməsini gözlənilməz adlandırıb.

“Fransa tarixində ilk dəfədir ki, prezidentliyə namizəd şəxs heç vaxt etmədiyi səfər haqqında danışır” – Sarkozinin əsas rəqibi Fransua Holland deyib.

Bu ilk dəfə deyil ki, Sarkozi həqiqətə uyğun gəlməyən bəyənatlar verir. 2010-cu ildə Sarkozi “Facebook” səhifəsində 1989-cu ildə Berlin divarı sökülən zaman orada olduğunu yazmışdı. Daha sonra ortaya çıxan rəsmi sənədlərdə isə Sarkozinin həmin vaxt Fransada Şarl De Qolun ölümü ilə bağlı mərasimdə iştirak etdiyini göstərilmişdi.


Story Code: 153235

News Link :
https://www.islamtimes.org/az/news/153235/sarkozi-yenə-gülüş-hədəfi-oldu

Islam Times
  https://www.islamtimes.org