0
Sunday 15 April 2012 - 00:44

Çin: Qərb İrana düşmən münasibətindən əl çəkməlidir

Story Code : 153325
Çin: Qərb İrana düşmən münasibətindən əl çəkməlidir
Çin: Qərb İrana düşmən münasibətindən əl çəkməlidir
Islam times.org/az/ - Çin Xarici İşlər Nazirinin müavini Ma Causi İstanbulda keçirilən İranla 5+1 dövlətləri arasında olan danışıqların yeni mərhələsində İran Ali Milli Təhlükəsizlik Katibinin müavini Əli Baqeri ilə görüşündə bu məsələyə toxunub.

İRNA-nin verdiyi məlumatda bildirilir ki, danışıqlara qalmaqalsız, razılaşma əsasında başlamaq üçün danışıqların birinci mərhələsi əsasən danışıqların mövzu və prinsipləri üzərində cəmləşəcək.

Baqiri öz növbəsində bildirib ki, İran danışıqlara yenilik və konstruktiv yanaşma ilə daxil olacaq.

Görüş əsnasında hər iki tərəf həmçinin İran və 5+1 ölkələri – Rusiya, Çin, İngiltərə, Fransa, ABŞ və Almaniya arasında olacaq danışıqların prespektivlərindən danışıblar.

İran və 5+1 ölkələri şənbə günü İstanbulda danışıqların yeni mərhələsinə başladılar.

Tehran və 5+1 ölkələri iki görüş keçiriblər, biri 2010-cu ilin dekabrında Cenevrədə, ikincisi isə 2011-ci il yanvarda İstanbulda keçirilmişdir.

Cari danışıqların ikinci mərhələsi isə İraqın paytaxtı Bağdadda keçirilməsi nəzərdə tutulur. Görüşün vaxtı isə İstanbul görüşünün sonunda elan ediləcək.
Source : Islamtimes
Comment