QR CodeQR Code

Rəsulzadənin büstü Sabirabaddan da götürülür

16 Apr 2012 08:00

IslamTimes - Sabirabad Rayonu İcra Hakimiyyətinin qarşısından Cümhuriyyətimizin qurucusu, ulu öndər Məhəmməd Əmin Rəsulzadənin büstü götürüləcək. Rayon müxalifətçiləri etiraz aksiyasına hazırlaşır


Qeyd edək ki, bir neçə gün öncə icra hakimiyyətinin qarşısındakı park yenidən təmirə dayandırılıb. Yerə döşənən daş örtüklər tamamilə sökülüb. Parkın təmirdən sonrakı görünüş maketində isə M.Ə.Rəsulzadənin yerinə Heydər Əliyevin büstü qoyulub. Bu barədə məlumatı qəzetimizə rayon müxalifətçiləri veriblər. Onların sözlərinə görə, AXCP, KXCP və Müsavatın Sabirabad rayon təşkilatlarının üzvləri Rəsulzadənin abidəsi söküləcəyi təqdirdə aksiya keçirəcəklər. Rayon müxalifətçiləri tələb edir ki, abidə yenidən təmir olunsun, yaxud yeri dəyişdirilərək yaxınlıqdakı parka köçürülsün. Onlar bununla bağlı rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılova müraciət edəcəklər.


Rayonla bağlı bir başqa xəbər isə hakim Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təzəcə təmirdən çıxan binasının sökülərək yenidən tikilməsidir. Rayon müxalifətçiləri deyir ki, icra başçısının bu addımı rayonda qəzəblə qarşılanıb. Onlar deyir ki, rayonda təmir olunmalı parklar, xiyabanlar dura-dura YAP-ın binasının 1 ildə iki dəfə sökülərək yenidən tikilməsi dövlət büdcəsindən rayona ayrılan pulun yeyilməsindən başqa bir şey deyir.


Story Code: 153660

News Link :
https://www.islamtimes.org/az/news/153660/rəsulzadənin-büstü-sabirabaddan-da-götürülür

Islam Times
  https://www.islamtimes.org