QR CodeQR Code

Lavrov İrana qarşı sanksiyalar əleyhinədir

17 Apr 2012 10:29

IslamTimes - Sergey Lavrov: İran dünya ictimaiyyətinin etimadını qazanandan sonra Tehrana qarşı qəbul edilən sanksiyalar ləğv edilməlidir


“Rusiya İrana qarşı hər cür yeni sanksiyaların tətbiq edilməsinə qarşıdır”. APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrailin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Yakov Amidorla görüşündə deyib. O bildirib ki, İrana qarşı hər cür təzyiqin əleyhinədir: “Tehran dünya ictimaiyyətinin etimadını qazanandan sonra İrana qarşı qəbul edilən sanksiyalar ləğv edilməlidir. Birtərəfli sanksiyalar qəbul edilməzdir. Daha əvvəlki müzakirələrdə qəbul edilmişdir ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə həyata keçirdiyi nüvə proqramının sülh məqsədli olduğunu göstərsə, bütün hüquqlardan istifadə edəcək. Lakin təəssüf ki, bu belə olmadı”.

Xatırladaq ki, İran MAQATE müfəttişlərinin bu ölkədəki nüvə stansiyalarına baxış keçirməsinə də icazə verməklə atom silahı istifadə etmədiyini dəfələrlə sübut edib.


Story Code: 154021

News Link :
https://www.islamtimes.org/az/news/154021/lavrov-irana-qarşı-sanksiyalar-əleyhinədir

Islam Times
  https://www.islamtimes.org