QR CodeQR Code

Sorosun “Dalğa” halğası

17 Apr 2012 11:36

IslamTimes - Azərbaycanda gənc siyasət şoumenləri kimi tanınan dalğaçılar bu dəfə də qeyri-ənənəvi tədbir keçirib.


Aprelin 16-da “Dalğa” gənclər hərəkatının 20-yə yaxın fəalı İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirib.
Aksiyaçılar Tehrandan Suriya prezidenti Bəşər Əsədi dəstəkləməyə son qoymasını tələb ediblər.
“Turan”ın məlumatına görə, sonda “Dalğa”çılar aksiyanın qətnaməsini səfirliyin nümayəndəsinə təqdim ediblər. Qətnamədə Suriya xalqının azadlıq uğrunda mübarizəsinə hörmətlə yanaşmaq tələb olunur.
Maraqlı deyil? Maraqlı deyil ki, nə üçün şişman ərəb krallarını himayə edən ABŞ-ın səfirliyi qarşısında aksiya keçirilmir? Bir səud şeyxindən beş Bəşar çıxdığı zaman nə üçün dalğaçıların gözü onları seçmir? /HaqqYolu/


Story Code: 154047

News Link :
https://www.islamtimes.org/az/news/154047/sorosun-dalğa-halğası

Islam Times
  https://www.islamtimes.org