QR CodeQR Code

NATO: ABŞ Rusiyaya RƏM sistemləri ilə bağlı 15 il əvvəl zəmanət verib

18 Apr 2012 14:38

IslamTimes - ABŞ-ın raket əleyhinə sistemlərinin Rusiyaya qarşı olmaması haqda siyasi zəmanət 15 il əvvəl verilib.


Bu haqda NATO-nun rəsmi nümayəndəsi Oana Lungesku İnterfaks agentliyinə müsahibəsində bildirib.

Bu mövzu ətrafında dəfələrlə suallar ortaya çıxıb. Rusiya ABŞ-dan Avropada yerləşdirdiyi RƏM sistemlərinin onlara qarşı olmaması haqda zəmanətin yazılı surətdə verilməsini tələb edir. Lungesku isə Rusiya ilə NATO arasında 15 il əvvəl fundamental razılaşma əldə edilməsini xatırladır. Bu razılaşmada bir birinə qarşı təhdidlər etməmək haqda söz verilir. “Biz hər zaman verdiyimiz sözləri tutmuşuq və bundan sonra da tutacağıq”, - deyə Lungesku əlavə edib. /Deyerler/


Story Code: 154435

News Link :
https://www.islamtimes.org/az/news/154435/nato-abş-rusiyaya-rəm-sistemləri-ilə-bağlı-15-il-əvvəl-zəmanət-verib

Islam Times
  https://www.islamtimes.org