0
Wednesday 18 April 2012 - 17:29

Müxalifətin mitinqinə icazə verildi

Story Code : 154481
Müxalifətin mitinqinə icazə verildi
Müxalifətin mitinqinə icazə verildi
Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın 22 apreldə saat 16-dan 18-dək yürüş-mitinq keçirməklə bağlı müraciətinə bu gün günün ikinci yarısı müsbət cavab verib.

Bu barədə Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu musavat-com-u məlumatlandırıb. BŞİH-nin cavabında 22 apreldə 20-ci sahədəki sürücülük məktəbinin təlim meydançasında mitinq keçirilməsi məqsədəuyğun hesab olunduğu bildirilib.
İctimai Palatanın bu təkliflə razılaşıb-razılaşmayacağı hazırda davam edən Koordinasiya Şurasının toplantısında bəlli olacaq.

ETİBAR
Comment