QR CodeQR Code

Britaniya polisi Solihulda Müsəlman qadının üz örtüyünü dartaraq çıxardan şəxsi axtarır

Islamtimes , 19 Apr 2012 16:44

İslamtimes - Biz bu növ cinayətlərə nifrət cinayəti kimi yanaşırıq və bilirik ki, bu əməl qəsdən qadının inancına görə edilib.


islamtimes.org/az/ - Xəfiyyələr ticarət mərkəzində müsəlman qadının başından tutaraq üz örtüyünü dartıb çıxaran şəxsin axtarışındadırlar.

Cani Taçvudda yerləşən ticarət mərkəzində arxa tərəfdən qadına yaxınlaşaraq baş yaylığını açmışdır.


Disney dükanının önündən keçən zaman o qadının üz örtüyünü dartaraq çıxartmış və ayaq altına atmışdır.
Bugün polis bu əməli törətməkdə şübhəli bilinən şəxsin təhlükəsizlik kameralarına düşmüş şəklini yayıb.

Solihuldan olan polis inspektor rəisi Kevin Doyle deyib: “Bu növ cinayətlər həm Solihulda, həm də Vest Midlənddə gözlənilən hadisədir.”

Biz bu növ cinayətlərə nifrət cinayəti kimi yanaşırıq və bilirik ki, bu əməl qəsdən qadının inancına görə edilib.
Kevin deyib: “Mən şəkli kameralara düşmüş bu şəxsi görən hər kəsdən dərhal bizə məlumat verməsini xahiş edirəm.”


Story Code: 154786

News Link :
https://www.islamtimes.org/az/news/154786/britaniya-polisi-solihulda-müsəlman-qadının-üz-örtüyünü-dartaraq-çıxardan-şəxsi-axtarır

Islam Times
  https://www.islamtimes.org