0
Friday 20 April 2012 - 13:09

"Ölkədə Rəsulzadənin yaşadılması ilə bağlı çox ciddi problemlər var"

Story Code : 154951
Rəsulzadə - Azərbaycan
Rəsulzadə - Azərbaycan
Azərbaycanın fəal gəncləri Gürcüstan prezidenti Mixail Saakaşviliyə müraciət hazırlayıb. Müraciət etməkdə məqsəd gürcü prezidentdən Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan Məhəmməd Əmin Rəsulzadəyə abidə ucaldılmasını xahiş etməkdir. Gənclər bu kampaniyanı xalqdan toplanan 1 manatla həyata keçirməklə, həm də Azərbaycan hakimiyyətinə utanc vermək niyyətindədirlər. Maraqlı budur ki, nəyə görə hakimiyyət xalqın tarixində Rəsulzadə kimi misilsiz rolu olan şəxsiyyətlərə qarşı belə bir münasibət sərgiləyir? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Rəsulzadə irsinin araşdırıcısı Nəsiman Yaqublu maraqlı fikirlər səsləndirdi. Tarixi şəxsiyyətlərə qarşı hakimiyyətin laqeyd mövqeyininin səbəbini daha yaxşı formada hökumət nümayəndələrinin izah edəcəyini vurğulayan Nəsiman bəy, Rəsulzadə üçün Gürcüstanda heykəl qoyulmasının məqbul hal olduğunu bildirdi: “Çünki M.Ə. Rəsulzadə Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında və eyni halda Qafqaz konfederasiyasının yaradılmasında çox böyük xidmətləri olub. Eyni halda o, öz dövründə Gürcüstan rəsmiləri ilə birgə siyasi fəaliyyət göstərib. Digər tərəfdən Azərbayacanın müstəqillik bəyannaməsi və aktı Gürcüstanda qəbul edilib.
Nəsiman bəy sonra qeyd etdi ki, Rəsulzadənin iki ölkə arasında münasibətlərin inkişaf etməsində oynadığı rol, Tiflisdə ona heykəl qoyulmasına mənəvi haqq qazandırır: “Saakaşvili Azərbaycana səfər edəndə M.Ə.Rəsulzadəyə qarşı öz ehtiramını bildirdi. Bu da ona əsas verir ki, Saakaşviliyə Gürcüstanda heykəl qoymaq üçün müraciət edilsin. Digər tərəfdən də Gürcüstan da Fətəlixan Xoyski, Həsənbəy Ağayevin məzarları vardır ki, onlar da Azərbaycan Xalq Cümhuriyyətinin önəmli şəxsiyyətləri və fiqurlarıdırlar.”

“Rəsulzadə irsinin araşdırmaçısı kimi M.Ə.Rəsulzadənin adının yaşadılmasına dair ölkədə görülən işləri qənaət bəxş hesab edirisnizmi”,-sualına da aydınlıq gətirən Nəsiman Yaqublu, “Əlbəttə ki, qənaət bəxş hesab etmək olmaz. Hazırda M.Ə.Rəsulzadəyə aid kitablarını çap edilməsi və ona büstün qoyulması ilə bağlı kifayət qədər ciddi problemlər var”,-deyə cavablandırdı: “Bu günə qədər dəfələrlə müraciət etməyimizə baxmayaraq Rəsulzadə irsinin araşdırılması ilə bağlı hər hansı bir mərkəz yaradılmayıb. Rəsulzadənin adının yaşadılması ilə bağlı ölkədə çox böyük problemlər var.” /faktxeber/
Comment