0
Friday 20 April 2012 - 14:06

Kabil hücumları ABŞ-ın Əfqan müharibəsini uduzduğunu göstərir

Story Code : 154967
Kabil hücumları ABŞ-ın Əfqan müharibəsini uduzduğunu göstərir
Kabil hücumları ABŞ-ın Əfqan müharibəsini uduzduğunu göstərir
Islam times.org/az/ - ABŞ siyası analitiki Press TV-yə açıqlamasında bildirib ki, Talibanın Əfqanıstan paytaxtı Kabilə olan son hücumları Vaşinqtonun Əfqan müharibəsində müvəffəqiyyətsizliyinin göstəricisidir.

Cümə axşamı günü Press TV-yə müsahibə verən xarici siyasət üzrə ekspet Con Hallinan deyib ki, olunan bu hücumlar Əfqanlara və bölgədə olan xalqlara ABŞ-ın Əfqanıstandakı müharibəsinin məğlubiyyətlə nəticələndiyi mesajı
ı vermiş oldu.

O əlavə edərək deyib: “Bu hücumlar əslində göstərdi ki, ABŞ-ın Əfqanıstanı 10 ildən artıq bir müddətdə işğal etməsinə, 33 minlik ordu dəstəsini ərazidə yerləşdirməsinə və 450 milyard dollar pul xərcləməsinə baxmayaraq onlar ölkəni idarə edə bilmədilər, paytaxtı təhlükəsiz bir əraziyə çevirə bilmədilər.”

Hallian sonda deyib: “Bu o demək deyil ki, Taliban müharibəni udub, ancaq bir şey dəqiqdir ki, ABŞ müharibəni uduzub.”

Bazar günü Taliban ABŞ, İngiltərə, Almaniya və Yaponiya səfirlik binalarına və güclü şəkildə mühafizə olunan NATO-nun Kabildəki bəzi qərargahlarına hücumlar ediblər.

Bazar günü hücumları nəticəsində 11 əsgər və 4 dinc vətəndaş da daxil olmaqla 50 nəfər həlak olmuşdur.
Source : Islamtimes
Comment