QR CodeQR Code

"Tehrana qarşı sanksiyalar ləğv edilməsə..."

21 Apr 2012 06:33

IslamTimes - “Avropa Birliyi İrana qarşı qəbul etdiyi neft sanksiyasını ləğv etməsə, Tehran Qərbə neft ixracını tam dayandıracaq”


“Fars” xəbər agentliyinin məlumatına görə, bunu İranın neft naziri Rüstəm Qasımi deyib.

İran və 5+1 arasında danışıqların uğurlu keçdiyini hər iki tərəf açıqlayıb. Elə bu səbəbdən də İsrail və ABŞ İrana hücum barədə müzakirələr aparıldığını iddia edərək, tərəflər arasında yenidən gərginlik yaratmaq niyyətindədir.

Son aylarda dünya bazarında neftin qiymətinin qalxmasını xatırladan R. Qasımi isə bildirib ki, İranla “altılıq” ölkələri arasında keçiriləcək Bağdad görüşünün uğurla baş tutacağına ümid bəsləyir. Amma Əgər İrana qarşı sanksiyalar ləğv edilməsə, Avropaya neft ixracı tam dayandırılacaq.


Story Code: 155132

News Link :
https://www.islamtimes.org/az/news/155132/tehrana-qarşı-sanksiyalar-ləğv-edilməsə

Islam Times
  https://www.islamtimes.org