QR CodeQR Code

Avropa Birliyi İran neftinə embarqo qoyuluşunu təxirə salır

Islamtimes , 21 Apr 2012 17:28

İslamtimes - Yunanıstanın yeni neft tədarükçülərini tapmaqda narahatlıqlarını nəzərə alan Avropa Birliyi İrandan neft idxalatına embarqo qoyulmasını təxirə salıb.


islamtimes.org/az/ - 23 yanvarda Avropa Birliyi xarici işlər nazirləri İrandan neft alınmasına, İran Mərkəzi Bankının Avropa Birliyi daxilində əməliyyatların aparılmasına və İrana taxıl, almaz, qızıl və digər dəyərli ləvazimatların satılmasına embarqo qoymaq haqda razılığa gəlmişdilər.

Avropa Birliyi üzüvləri ölkələri yeni şəraitə uyqunlaşmaq və yeni neft təchizatçıları tapmaq üçün sanksiyaların 1 iyul 2012-ci ildə tam qüvvəyə minməsini planlaşdırıblar.

Mayın 1-nə təyin edilmiş üzv ölkələrinin İran embarqosunun təsirləri haqda nəticələri nəzərdən keçirmək haqda qərarları Yunanıstanın alternativ neft təchizatçılarının tapmasında çətinlik çəkdiyini bildirdikdən sonra təxirə salınmışdır.

Avropa Birliyinin İrana qarşı tədbirlərini qabaqlamaq üçün Tehran bəzi Avropa ölkələrinə neft ixracatını kəsməyə qərara almış və artıq Fransa və İngiltərəyə neft ixracatını dayandırmışdır.

İranın bu qabaqlayıcı tədbirləri nəticəsində neftin qiyməti dünya bazarında və məxsusən də ABŞ və İngiltərədə rekord səviyyəyə çatmışdır.


Story Code: 155314

News Link :
https://www.islamtimes.org/az/news/155314/avropa-birliyi-iran-neftinə-embarqo-qoyuluşunu-təxirə-salır

Islam Times
  https://www.islamtimes.org