QR CodeQR Code

Avrozonanın dövlət borcunun həcmi tarixi maksimuma çatıb

23 Apr 2012 17:33

IslamTimes - Ötən il avrozonanın dövlət borcunun həcmi avronun tarixi ərzində ən yüksək həddə çatıb.


“Bloomberg” in xəbərinə görə, bu barədə Avropa Birliyinin Statistika Xidməti (Avrostat) açıqlama yayıb.

Avrozonanın üzvü olan 17 ölkənin dövlət borcunun ÜDM-ə olan nisbəti 2011-ci ildə 87,2% təşkil edib. Bir il əvvəl bu göstərici 85,3% olub.

Ən yüksək dövlət borcu Yunanıstanda (165,3%), ən az dövlət borcu Estoniyada (6%) qeydə alınıb. Almaniya isə dövlət borcunun ÜDM-ə olan nisbətinin azaldığı yeganə Avropa ölkəsidir. Avropanın ən nəhəng iqtisadiyyatına malik ölkənin dövlət borcu 83%-dən 81,2%-ə qədər azalıb. /apa/


Story Code: 155920

News Link :
https://www.islamtimes.org/az/news/155920/avrozonanın-dövlət-borcunun-həcmi-tarixi-maksimuma-çatıb

Islam Times
  https://www.islamtimes.org