QR CodeQR Code

İsraillilərə Sinaini dərhal tərk etmək məsləhət olunub

Islamtimes , 23 Apr 2012 19:26

İslamtimes - Şənbə günü İsrail Milli Təhlükəsizlik şurasının terror əleyhinə şöbəsi Sina yarmadasında israillilərə ola biləcək hücumlara görə həyacan siqnalı çalıb.


islamtimes.org/az/ - İsrail turistlərinə qarşı ola biləcək hücumları nəzərə alaraq İsraillilər təcili şəkildə Misirin Sinai yarmadasını tərk etmək məsləhət görülüb.

Şənbə günü İsrail Milli Təhlükəsizlik şurasının terror əleyhinə şöbəsi Sina yarmadasında israillilərə ola biləcək hücumlara görə həyacan siqnalı çalıb.

Məsləhətdə deyilir ki, Sina yarmadasında səyahətdə olan israillilərin dost və tanışları təcili surətdə onlar ilə əlaqə saxlayıb ərazini tərk etmələrini bildirsinlər.

Məşhur istirahət yeri olan Sina yarmadası keçən il Hüsnü Mübarəkin hakimiyyətdən getməsindən sonra İsraillilər üçün təhlükəli bir yer hesab edilir.

Aprel ayının əvvələrində Sina ərazisindən İsrail və İordaniyaya qaz nəql edən boru kəməri partladılmışdır.

Feval ayından etibarən 14-cü dəfədir ki, boru kəməri partladılır.
Avqust ayında sərhəd yaxınlığında yerləşən Eilat ərazisində 8 İsraillinin qətlə yetirilməsindən sonra Misir İsrailin razılığı ilə əraziyə 2000 əsgər və polis yerləşdirmişdir.


Story Code: 155950

News Link :
https://www.islamtimes.org/az/news/155950/israillilərə-sinaini-dərhal-tərk-etmək-məsləhət-olunub

Islam Times
  https://www.islamtimes.org