QR CodeQR Code

İslam Rəhbəri: İran anti imperialist hərəkatın mərkəzindədir

Islamtimes , 23 Apr 2012 19:52

İslamtimes - İslam İnqilabının Rəhbəri Ayətullah Seyyid Əli Xamenei İranın ölkələri kateqoriyalara bölərək hökmranlıq etmək istəyən imperializmə qarşı hərəkatın tam mərkəzində olduğunu bildirib.


islamtimes.org/az/ - Bazar günü İran Qara Qoşun Qüvvələri komandanları qarşısında çıxış edən Ayətullah Xamenei deyib: “Üç onillikdən artıq bir müddət ərzində müsəlmanların fikir və canlarına hopan bu çox mühüm hərəkat indi Misir və bəzi başqa ölkələrdə inkişaf ilə nəticələnən birləşmiş gücə çevrilib.”

İslam Rəhbəri həmçinin deyib ki, İran Yaxın Şərq və Şimali Afrika ölkələrində oyanışların ilham mənbəyi olduğuna görə bir çox imperilasit qüvvələr İrana qarşı düşmən mövqeyindədir.

Ayətullah Xamenei bildirib ki, hegamon dövlətlərin orduları yalnız supergücləri qorumağı və onların siaysi tamahkarlıqlarını razı salamğa can atarkən, İran ordusu yeganə qüvvədir ki, xalqının və milli maraqlarının qulluğunda durub.

Sonda Rəhbər sual edib: “Görəsən ABŞ ordusu İraq və Əfqan xalqını qətlə yetirməklə və o dövlətlərdə cinayətlər törətməklə həqiqətənmi amerika xalqının maraqlarına xidmət etmiş olur? ”


Story Code: 155955

News Link :
https://www.islamtimes.org/az/news/155955/islam-rəhbəri-iran-anti-imperialist-hərəkatın-mərkəzindədir

Islam Times
  https://www.islamtimes.org