0
Tuesday 24 April 2012 - 07:18

Misir İsrailə təbii qaz ixracının dayandırılması ilə bağlı açıqlama verib

Story Code : 156044
Misir - İsrail
Misir - İsrail
"IslamTimes" İsrailin "Haartez" qəzetinə istinadən xəbər verir ki, Misir Qaz Şirkətinin icraçı direktoru ötən gün deyib: "Misir Hərbi Şurası və Misir hakimiyyəti, İsrailə qaz ixracının dayandırılması qərarında heç bir rol oynamır."

Hani Dahinin bildirdiyinə əsasən, bu qərar işğalçı İsrail rejiminin biznes müqavilələrini ayaq altına aldığı səbəbindən qəbul edilib. İsrail tərəfinə dəfələrlə xəbərdarlıq edilsə də bu rejim iqtisadi öhdəliklərinə əməl etməyib.

Xatırladaq ki, Misir təbii qazının İsrailə ixracı müqaviləsi ləğv edildikdən sonra İsrail rejimi bu olaydan çox narahat olduğunu bildirib.

Maraqlıdır bu hadisədən sonra görəsən ABŞ Misirə maliyyə yardımlarını davam etdirəcəkmi? ABŞ dəfələrlə bildirib ki, Misirə ayrılmış maliyyə yardımları İsraillə Misir arasında sülh müqaviləsinin pozulacağı təqdirdə dayandırılacaq.
Comment