QR CodeQR Code

İRİB Hizbullahın şəhid edilmiş baş katibi haqda televiziya serialı çəkəcək

Islamtimes , 24 Apr 2012 17:16

Islamtimes - İran İslam Respublikasının Dövlət Televiziyası Hizbullahın şəhid edilmiş baş katibi Seyyid Abbas Musəvi haqda televiziya serialı çəkəcək.


islamtimes.org/az/ - Televiziya prodüseri Muhəmməd Haşimi müsahibə zamanı bildirib: “ Biz Seyyid Abbas Musəvinin şəxsiyyəti haqda çox keyfiyyətli bir televiziya serialı çəkməyi planlaşdırırıq.”

O əlavə edib: “Tədqiqatlar artıq başa çatıb. Cabir Qasiməli ssenarini yazmağa başlayıb. İndiyə kimi 26 seriya planlaşdırılıb, ancaq rejissor haqda tam qərara gəlinməyib.”

Haşimi İranın tanınmış televiziya serialı çəkən məşhur produserlərdəndir.

Seyyid Abbas Musəvi Sionistlərin Livana basqını zamanı çox işgəncə və əziyyətlər görmüş Hizbullahın ən görkəmli banilərindən biridir.

O 1991-ci ilin may ayında Hizbullahın baş katibi seçilmişdir. 16 fevral 1992-ci ildə şəhid Şeyx Raqib Harbin anım mərasimindən geri qayıdan zaman avtomobili İsrailin apaçer helikopteri ilə atəşə tutulmuş və nəticədə özü, həyat yoldaşı, 6 yaşlı övladı və 2 can güdəni şəhid olmuşdular.


Story Code: 156239

News Link :
https://www.islamtimes.org/az/news/156239/irib-hizbullahın-şəhid-edilmiş-baş-katibi-haqda-televiziya-serialı-çəkəcək

Islam Times
  https://www.islamtimes.org