0
Tuesday 24 April 2012 - 17:29

Türkiyə İsrailin NATO sammitində iştirakına veto qoyub

Story Code : 156244
Türkiyə İsrailin NATO sammitində iştirakına veto qoyub
Türkiyə İsrailin NATO sammitində iştirakına veto qoyub
Islam times.org/az/ - Veto haqda məlumatı ittifaqın Bruseldə keçirilən son iclası zamanı Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Hürriyət qəzetinə müsahibə verən Türk rəsmisi bildirib: “İsrail beynəlxalq sularda qətlə yetirdiyi Türk vətəndaşlarına görə üzür istəmədikcə və kompensasiya ödəmədikcə NATO-nun iclasında iştirak etməsinə imkan verməyəcəyik. Bizdən vetonu geri götürməyi tələb edirlər, ancaq belə bir şey olmayacaq.”

Türk rəsmisi sonda deyib: “Türkiyə ilə İsrail arasında olan əlaqələrin normallaşmasını istəyən dövlətlər gərək İsrailə qətlə yetirdiyi Türk vətəndaşlarına görə üzür istəməsini və kompensasiya ödəməsini məsləhət görsünlər.”
Source : Islamtimes
Comment