QR CodeQR Code

Barak Obama: “Biz hər problemi hərbi müdaxilə yolu ilə həll edə bilmərik”

24 Apr 2012 20:14

IslamTimes - “Biz hər problemi hərbi müdaxilə yolu ilə həll edə bilmərik. Bizim başqa variantlarımız da var”.


“Fars” xəbər agentliyinin məlumatına görə, bu fikirləri ABŞ prezidenti Barak Obama İranın mübahisəli nüvə proqramına münasibət bildirərkən söyləyib. O bildirib ki, ABŞ dünya təhlükəsizliyini təhdid edən, Holokostu inkar edən və İsraili rejimini məhv etməklə hədələyən bir ölkə ilə qarşı-qarşıyadır: “Ona görə də ABŞ İranın nüvə silahına sahib olmasına maneə törətmək üçün əlindən gələni etməlidir. Bunun üçün hərbi müdaxilədən başqa variantlar da var. Çünki asan təhlil edilməyəcək qarşıdurmaların, eyni zamanda mənasız və qarşısı alına bilməyəcək ölümlərin olacağını yaxşı bilirik”. /apa/


Story Code: 156268

News Link :
https://www.islamtimes.org/az/news/156268/barak-obama-biz-hər-problemi-hərbi-müdaxilə-yolu-ilə-həll-edə-bilmərik

Islam Times
  https://www.islamtimes.org