QR CodeQR Code

Çin İranla bütün neft müqavilələrini yeniləyib

25 Apr 2012 09:53

IslamTimes - İran Milli Neft Şirkətinin beynəlxalq məsələlər şöbəsinin müdiri hazırda İrandan Çinə gündə 500 min barel xam neft ixrac olunduğunu vurğulayıb.


Çin İranla bütün neft müqavilələrini yeniləyib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Milli Neft Şirkətinin beynəlxalq məsələlər şöbəsinin müdiri Seyid Möhsün Qəmsəri bildirib.

Onun sözlərinə görə, Çinin bütün neftayırma zavodları 2012-ci il üçün İranla bağladıqları razılaşmaları yeniləyiblər. M.Qəmsəri həmçinin hazırda İrandan Çinə gündə 500 min barel xam neft ixrac olunduğunu vurğulayıb.


Story Code: 156350

News Link :
https://www.islamtimes.org/az/news/156350/çin-iranla-bütün-neft-müqavilələrini-yeniləyib

Islam Times
  https://www.islamtimes.org