QR CodeQR Code

Ərdoğanın silahdaşı ermənilərdən üzr istədi

26 Apr 2012 07:39

IslamTimes - Türkiyənin hakim partiyası olan AKP-nin qurucularından biri, millət vəkili İsmət Uçma ermənilərdən üzr istəyib


Türkiyənin “Radikal” qəzetinin verdiyi məlumata görə, İ.Uçma 1915-ci ildə ermənilərin Türkiyədən köçünü “faciəli soy sürgünü” kimi qiymətləndirərək, ermənilərdən üzr istəyib.

Baş nazir Rəcəb Tayyip Ərdoğanın partiyasından olan millət vəkili ermənilərin halına acımağı da unutmayıb: “Sərhədi açaraq Ermənistanda yaşayan erməniləri rahatlığa və dincliyə qovuşdurmaq lazımdır”. /Lent.az/


Story Code: 156557

News Link :
https://www.islamtimes.org/az/news/156557/ərdoğanın-silahdaşı-ermənilərdən-üzr-istədi

Islam Times
  https://www.islamtimes.org