0
Friday 27 April 2012 - 13:53

Qeysner: Avrozonadakı krizis və İranın neft ixracatını dayandırması ABŞ iqtisadiyyatı üçün təhlükədir

Story Code : 156803
Qeysner: Avrozonadakı krizis və İranın neft ixracatını dayandırması ABŞ iqtisadiyyatı üçün təhlükədir
Qeysner: Avrozonadakı krizis və İranın neft ixracatını dayandırması ABŞ iqtisadiyyatı üçün təhlükədir
Islam times.org/az/ - ABŞ Maliyyə Naziri Timosi Qeysner bildirib ki, avrozonada olan iqtisadi krizis və İranın bəzi Avropa ölkələrinə xammal ixracını dayandırmasına səbəb olan İran nüvə enerjisi proqramı üzərindəki anlaşılmazlıqlar ABŞ iqitsadiyyatını təhlükə altında qoyub.

Qeysner deyib: “Biz çox təhlükəli risklərlə üzbəüzük. Bu risklərə Avropadakı ciddi və uzunmüddətli krizis və Qərbin Tehran ilə üzüzə gəlməsi nəticəsində neftin qiymətinin artması daxildir.”

ABŞ maliyyə naziri həmçinin bildirib: “Əksər maliyyə böhranları fırıldaqçılıq və sui istifadə, tamahkarlıq və ağılsızlığın nəticəsində yaranır.”

İranın sanksiyalara cavab olaraq bəzi Avropa ölkələrinə neft ixracının dyandırmağa qərara gəlməsi nəticəsində neftin qiyməti dünya bazarında artmışdır.

Avropa Birliyi İranı nüvə enerji proqramının inkişafının qarşısını almaq üçün İrana qarşı bi çox sanksiyalar tətbiq etmişdir.

Tehran isə dəfələrələ bu ittihamları rədd edərək bildirmişdir ki, Nüvə Silahı yayılmama müqaviləsini imzalayan və Beyəlxalq Atom Enerjisi Agentliyinin üzvü olan bir dövlət kimi nüvə texnalogiyasını dinc məqsədlər üçün inkişaf etdirməyə tam haqqı var.
Source : Islamtimes
Comment