QR CodeQR Code

"Düşmənlərin İrana hücumu onlar üçün böyük bir tragediya olacaq”

29 Apr 2012 06:59

IslamTimes - İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst deyib: “İranla müharibə çox uzaq bir ehtimaldır”


“İrana hər hansı bir hərbi müdaxilə cavabsız qalmayacaq. Düşmənə qəti və yayındırıcı cavab veriləcək”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib. Onun sözlərinə görə, İranla müharibə çox uzaq bir ehtimaldır: “İran hazırda tarixinin ən böyük müdafiə imkanlarına malik ölkədir. Bu faktlardan düşmənlər də yaxşı xəbərdardır və bu da müharibənin mümkünlüyünü ciddi şəkildə azaldır. Düşmənlərin İrana hücumu onlar üçün böyük bir tragediya olacaq”.


Story Code: 157332

News Link :
https://www.islamtimes.org/az/news/157332/düşmənlərin-irana-hücumu-onlar-üçün-böyük-bir-tragediya-olacaq

Islam Times
  https://www.islamtimes.org