0
Sunday 29 April 2012 - 23:25

İran və Rusiya xarici dövlətlərin Suriya daxili işlərinə qarışmağın yol verilməzliyini bildirib

Story Code : 157588
İran və Rusiya xarici dövlətlərin Suriya daxili işlərinə qarışmağın yol verilməzliyini bildirib
İran və Rusiya xarici dövlətlərin Suriya daxili işlərinə qarışmağın yol verilməzliyini bildirib
Islam times.org/az/ - İranın Moskvadakı səfiri Riza Səccadi BMT Ərəb Liqası nümayəndəsi Kofi Annanın vasitəçiliyi ilə əldə edilmiş sülh planının həyata keçirilməsinin vacibliyini bir daha vurğulayıb.

O bu sözləri şənbə günü Rusiya Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşündə deyib.

12 Apreldə Annanın 6 bəndlik sülh palnının tərkib hissəsi olaraq Suriyada atəşkəs əldə edilməsinə baxmayaraq bəzi zorakılıq hadisələri baş verib.

Cümə günü Suriyanın paytaxtı Dəməşq yaxınlığında baş verən bomba partlaması nəticəsində ən azı 11 nəfər həlak olmuş və xeyli insane yaralanmışdır.

Həmin gün port şəhəri olan Latakia şəhərinin şimal qərbində Suriya silahlı qruplaşmalarının hücumu nəticəsində bir neçə Suriya hərbiçisi həlak olmuş və bir neçəsi də xəsarət almışdır.

Boqdanov isə öz növbəsində Annan sülh planına müvafiq olaraq Suriya hökuməti və müxalifətini danışıqlar aparmağa çağırıb.

O həmçinin Annanın fəaliyyətini və BMT müşahidəçilərinin missiyasını dəstəkləməyin mühümlüyünü bildirib.

BMT müşahidəçilərinin ilk qrupu 15 apreldə Dəməşqə gəlmişdir. Müşahidəçilərin Suriyaya göndərilməsi 14 apreldə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 2042 –ci qərar ilə təsdiqlənmişdir.

21 Apreldə isə BMT Təhlükəsizlik Şurası nümayəndələri görüşmüş və daha 300 müşahidəçinin Suriyaya göndərilməsinə yekdilliklə səs vermişlər.
Source : Islamtimes
Comment