QR CodeQR Code

Həmas nümayəndə heyəti Misir kəşfiyyat xidməti rəisi ilə əsas məsələləri müzakirə edib

Islamtimes , 30 Apr 2012 00:05

İslamtimes - Şənbə günü Həmasın ali lideri Xalid Məşəlin başçılıq etdiyi nümayəndə heyəti Qahirədə Misir kəşfiyyat idarəsi rəisi Murad Muşafi ilə 3 mühüm məsələni müzakirə edib.


islamtimes.org/az/ - Həmas siyasi bürosunun və nümayəndə heyətinin üzvü Sami Kater bildirib ki, müzakirə olunan birinci məsələ İsrail həbsxanasında aclıq aksiyası keçirən Fələstinli məhbuslar haqda olmuşdur.

O bu məsələnin kəşfiyyat idarəsi rəisi tərəfindən anlaşıqlı şəkildə qəbul etdiyini bildirib.
Kater müzakirə edilən ikinci məsələnin isə milli barışıq haqda olduğunu bildirib.

Qəzza sektorunun yenidən bərpası və bu işin surətləndirilməsinin əhəmiyyəti üçüncü müzakirə olunan məsələ idi.

Məlumatə görə Qahirədə Məşəlin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Məşəlin müavini Musa Əbu Marzouq və siyasi büronun üzvü Kater, Saleh Əl Arouri və Xəlil Əl Həya daxil idi. Nümayəndə heyəti Qəhirəyə cümə günü axşam gəliblər.


Story Code: 157593

News Link :
https://www.islamtimes.org/az/news/157593/həmas-nümayəndə-heyəti-misir-kəşfiyyat-xidməti-rəisi-ilə-əsas-məsələləri-müzakirə-edib

Islam Times
  https://www.islamtimes.org