QR CodeQR Code

İslam alimi Bəhreynin nümayişçilərə qarşı qəddar hərəkətlərini tənqid edib

Islamtimes , 30 Apr 2012 00:13

İslamtimes - Bəhreyn din alimi Ayətullah Şeyx İsa Qasim Manama rejimini nümayişçilərə qarşı sərt davrandığına görə tənqid edib.


islamtimes.org/az/ - Şənbə günü Şeyx Qasim bildirib ki, Xəlifə rejimi nümayişçilərə hücum etməklə, insanları öldürməklə və həbs etməklə nümayişləri dayandıra bilməz.

Ruhani əlavə edərək bildirib ki, rejim əleyhinə nümayişçilərə əziyyət vermək Bəhreyn xalqına qarşı təhqirdir.

O həmçinin beynəlxalq ictimaiyyəti krallığın nümayişçilərə qarşı qəddarlığına göz yummaqda tənqid edib.

2011-ci il fevral ayının ortalardan etibarən Bəhreyn xalqı hökumət əleyhinə nümayişlər keçirirlər. O vaxtdan bəri rejim qüvvələri tərəfindən xeyli insan öldürülmüş, minlərlə yaralanmış və həbs edilmişdir.
Anti rejim nümayişçiləri Kral Həməd bin İsa Ali Xəlifi qətlə yetirilmiş insanlara görə məsuliyyət daşıdığını bildiriblər.


Story Code: 157596

News Link :
https://www.islamtimes.org/az/news/157596/islam-alimi-bəhreynin-nümayişçilərə-qarşı-qəddar-hərəkətlərini-tənqid-edib

Islam Times
  https://www.islamtimes.org