QR CodeQR Code

“İran Dağlıq Qarabağ münaqişəsində vasitəçilik ertməyə hazırdır”

30 Apr 2012 07:28

IslamTimes - “İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazırdır”.


APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.

Salehinin sözlərinə görə, İran Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinin tərəfdarıdır: “Bizim regionda maraqlarımız var. Bölgədə təhlükəsizliyin və sabitliyin bərqərar olmasını istəyirik. Çünki bölgənin təhlükəsiz olması bizim xeyrimizədir. Biz bütün gücümüzlə məsələnin həllini tapmasına çalışırıq. Çünki İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir”.


Story Code: 157657

News Link :
https://www.islamtimes.org/az/news/157657/iran-dağlıq-qarabağ-münaqişəsində-vasitəçilik-ertməyə-hazırdır

Islam Times
  https://www.islamtimes.org