QR CodeQR Code

İP Bibiheybətdən imtina etdi

Müsavat , 30 Apr 2012 12:57

IslamTimes - İsa Qəmbər və Əli Kərimli vurğulayıblar ki, İctimai Palata 6 may mitinqini Bibiheybət qəsəbəsindəki sürücülük məktəbinin təlim meydançasında keçirmək fikrində deyil. Onlar məcburiyyət üzündən belə bir addım atırlar, onları buna hakimiyyətin mövqeyi vadar edir.


Bu gün gün saat 12-də Müsavat Partiyasının qərargahında İctimai Palata rəhbrliyinin mətbuat konfransı olub.

Mətbuat konfransında iştirak edən əməkdaşımız Etibar Seyidağanın verdiyi məlumata görə, mətbuat konfransında Rafiq Manaflı giriş sözü ilə açıb, daha sonra Müsavat başqanı İsa Qəmbər çıxış edib.

Müsavat başqanı bildirib ki, 6 may mitinqinə yer ayrılması məqsədilə danışıqlar aparmaq üçün İP üzvləri Mehriban Vəzir, Vidadi Mirkamal və Qələndər Muxtarlıdan ibarət komissiya yaradılıb.

Bundan başqa, İsa Qəmbər deyib ki, bu günlərdə İP-in Koordinasiya Şurasının rəhbərliyi ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşəcək, onunla 6 may mitinqinə normal yer ayrılması barədə müzakirə aparacaq. Daha sonra K.Tarqay hakimiyyət nümayəndələri ilə görüşüb bu məsələni həlli üçün danışıqlara gedəcək.

Mətbuat konfransının gedişində İP rəhbərləri bəyan ediblər ki, İctimai Palata 6 may mitinqini Bibiheybət qəsəbəsindəki sürücülük məktəbinin təlim meydançasında keçirmək fikrində deyil.

Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli vurğulayıblar ki, onlar məcburiyyət üzündən belə bir addım atırlar, onları buna hakimiyyətin mövqeyi vadar edir.


Story Code: 157782

News Link :
https://www.islamtimes.org/az/news/157782/ip-bibiheybətdən-imtina-etdi

Islam Times
  https://www.islamtimes.org