0
Monday 30 April 2012 - 15:34

Səudiyyə qırıcısı süqut etdi

Story Code : 157825
Səudiyyə qırıcısı süqut etdi
Səudiyyə qırıcısı süqut etdi
"IslamTimes"-ın verdiyi xəbərə əsasən, Ərəbistan Müdafiə Nazirliyində olan bir mənbə Səudiyyə rejiminə məxsus F15 qırıcısının süqut etdiyini xəbər verib. Qırıcı Təbuk məntəqəsində təlim məşqi zamanı qəzaya uğrayıb. Qırıcının pilotu katapult edərək xilas olub.

Əl-Şərq qəzeti uyğun hadisənin şənbə günü saat 21:30 radələrində qırıcının radar səhifəsindən itdikdən və pilot ilə əlaqə kəsildikdən sonra baş verdiyini yazıb.

Qəza ilə bağlı təhqiqat işləri başlanıb. Son 4 ayda Səudiyyə rejimində bu ikinci F15-dir ki, qəzaya uğrayır.
Comment